"Qarabağ"ın qurbanlarının qarşılaşması"

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko" Madrid səfərdə "Kopenhagen"lə qarşı-qarşıya gələcək.

 

Newsport.az xəbər verir ki, bu matçla bağlı İspaniyanın və dünyanın məşhur nəşrlərindən biri olan "Marca" oyun üçün hazırlanmış yazıda maraqlı başlıqla çıxış edib. Belə ki, məşhur nəşr həmin oyunu "Qarabağ"ın qurbanlarının qarşılaşması" adlandırıb. Ağdam klubunun Madrid "Atletiko"sunu Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxmasına mane olduğu və ÇL-in pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlməsi yazılıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu vurğulanıb.

 

Qeyd edək ki, bu komandaların qarşılaşması sabah Bakı vaxtıyla saat 00:00-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah