"Dünyanın ən güclü futbolçularına qarşı oynamaq əyləncəli olacaq" PSJ-nin futbolçusu

PSJ-nin braziliyalı müdafiəçisi  Markos Korrea bu gün UEFA Çempionla Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları “Real Madrid” haqda danışıb.

Newsport.az xəbər verir ki, gənc futbolçu, çətin rəqibə qarşı oynayacaqlarını və mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini bildirib:

“Yüksək səviyyədə olan bir komandaya qarşı oynayacağıq. Madriddə qələbə qazanmaq istəyiriksə, meydanda bütün enerjimizi qoymalıyıq. Mənə görə, dünyanın ən güclü futbolçularına qarşı oynamaq əyləncəli olacaq. Düşündüyüm tək şey, ən yaxşı oyunumuzu göstərmək və azarkeşlərimizin üzünü güldürməkdir.

Çempionlar Liqası güclü klubların mübarizə apardığı bir yerdir. “Liqa-1”-də etdiklərimiz Avropada heç bir şey ifadə etmir.  Lakin heyətimizə, Çempionlar Liqasını necə qazanmağın yollarını bilən peşəkar oyunçular transfer etmişik. Uzun və çətin bir yola çıxmışıq və bu yolda səhvə yer yoxdur".

Qeyd edək ki, “Real Madrid” – PSJ oyunu bu gün, Bakı vaxtıyla saat 23:45-də start götürəcək.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz