Ronaldo Florentino Perezlə şərt kəsib?

“Real Madrid” klubunun prezidenti Florentino Perezin 2012-ci ildə komandadan ayrılmaq istəyən Kriştiano Ronaldo ilə şərt kəsdiyi bildirilir.

Newsport.az xəbər verir ki, bu iddia ilə Fransanın “France Football” nəşri çıxış edib. Belə ki, “Real”ın portuqaliyalı futbolçusu Ronaldo 2012-ci ildə “Qızıl top” mükafatını qazanmaq şanslarının orada daha yüksək olduğunu düşünərək,  klub prezidenti Fıorentino Perezə PSJ-yə transfer olmaq istədiyini söyləyib. 

Perezin isə, öz növbəsində, Ronaldoya 200 milyon avroluq sərbəstqalma məbləğini qətirməsi şərti ilə icazə verdiyi deyilir.  Bu keçiddən əldə olunan məbləğsə, həmin dönəmdə transfer qiyməti 200 milyon avro olan, “Barselona”nın futbolçusu Lionel Messinin keçidinə xərclənəcəkdi.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-cu ildə “Real”ın şərəfini qoruyur.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz