Seneqallı futbolçu "Neftçi"dən imtina etdi

Macarıstanın MTK klubunun seneqallı futbolçusu Hali Tiamın "Neftçi"yə transferi baş tutmayıb.

 

Newsport.az xəbər verir ki, mövsümün ilk yarısını icarə əsasında Moskva "Dinamo"sunda keçirən yarımmüdafiəçi karyerasını Bolqarıstanda davam etdirəcək. 24 yaşlı futbolçu Bolqarıstanın "Levski" klubu ilə müqavilə imzalayıb. Tiam Sofiya təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. 

 

Qeyd edək ki, 2014-cü ildə MTK klubuna transfer olan Hali Tiam "Çikaqo Fayre", "Qaziantepsor" və "Dinamo"da icarə əsasında çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah