"Roma"nın baş məşqçisi Cengiz Özderin çıxışını dəyərləndirib

Italiya A Seriyasının 24-cü turu çərçivəsində "Roma" doğma medanda "Benevento" ilə qarşılaşıb. (5-2)

Newsport.az xbər verir ki, bu oyundan sonra jurnalistlərə müsahibə verən ev sahiblərinin baş məşqçisi  Eusebio Di Françesko Cengiz Önderin çıxışını dəyərləndirib.

"Bu gün Cengiz əla oynadı. Son oyunlarda əla formadadır. Bu gün alınması o demək deyil ki, sabah da yaxşı oynayacaq. Cəmi 20 yaşı var. Qeyri-sabitlik başa düşülməlidir. Alışmasına vaxt lazımdır. Biz adətən legionerlərdən çox şey tələb edirik. O, komandanın lideri ola bilər. Hamıdan çox məşq edir və futbola belə münasibəti xoşuma gəlir" – deyə di Françesko bildirib. Benevnto ilə qarşılaşmada Cengiz 2 qol vurub və 1 ötürmə edib

Qeyd edək ki, 20 yaşlı futbolçu ğtən il Türkiyənin "Başakşehir" klubundan "Roma"ya transfer olunub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right