"Çox güclü azarkeş dəstəyinə malikdirlər" Aryen Robben

“Bavariya”nın futbolçusu Aryen Robben UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları "Beşiktaş" klubu haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 34 yaşlı futbolçu klubun televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, “Baş məşqçi dəyişikliyindən sonra komanda olaraq inkişaf etmişik. Lakin bu, bizə rahat olmağımıza imkan vermir. Çempionlar Liqasında da eyni uğuru təkrarlamalıyıq. "Beşiktaş" klubu qrupu lider kimi başa vurub və bizim üçün baş ağrısı ola biləcək komandadır. Həm də çox güclü azarkeş dəstəyinə malikdirlər. Mərhələ adlamaq üçün hər şeyə sahibik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, komandalar arasında ilk oyun 20 fevral saat 23:45-də baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right