"Messi" "Beşiktaş"ın transfer hədəfində

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş"ın yeni transfer hədəfi bəlli olub.

Newsport.az-ın məlumatına görə, "qara qartallar" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əin" klubunun yarımmüdafiəçisi Omar Abdulrahmanı transfer etmək istəyir. "Ərəb Messi" ləqəbli futbolçunun klubu ilə müqaviləsi fevralın 28-də başa çatacaq. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu 26 yaşlı futbolçuya illik 3 milyon avroluq maaşı olan müqavilə təklif edib.

Qeyd edək ki, Abdulrahman "Əl-Əin"in yetirməsidir. Hücumameyilli futbolçu 2011-ci ildən ölkəsinin əsas yığmasında çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right