Reynaldonun yeni klubu müəyyənləşdi!

"Qarabağ"ın sabiq futbolçusu Reynlado dos Santos Silvanın yeni klubunun adı müəyyənləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, Trnavanın "Spartak" klubundan ayrılan futbolçu karyerasını Serbiyada davam etdirməyə yaxındır. 

28 yaşlı braziliyalı futbolçunun xidmətində "Voyvodina" klubu maraqlıdır. Novi-Sad təmsilçisi artıq "sambaçı" ilə danışıqlara start verib və onun keçidini yekunlaşdırmaq üzrədir.

Serbiya yüksək liqasında mübarizə aparan komanda Reynaldo ilə yanaşı Macarıstan millisinin "Çikaqo"da forma geyinən üzvü Nemanya Nikoliç ilə danışıqlar aparır. Lakin klublar arasında maliyyə məsələsində razılıq əldə olunmayıb və bu keçid bir müddətlik təxirə düşüb. 

Qeyd edək ki, Reynaldo ölkəmizdə çıxış etdiyi 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right