"Qarabağ"ın sabiq hücumçusu rəsmən ABŞ klubunda!

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenterosun yeni iş yerinin adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, İsveç millisinin hücumçusu karyerasını ABŞ-da davam etdirəcək. 

Müqavilə ilə İtaliyanın "Benevento" klubuna məsus hücumçu "Portland Timbers"lə anlaşıb. O, cari mövsümü icarə əsasında MLS təmsilçisinin heyətində keçirəcək.

Klubun idman direktoru Gavin Vilkinson Armenterosun keçidi haqda bunları deyib: "Samuel özünü təsdiq etmiş hücumçudu. Ümid edirik ki, o, bizim hücumdakı gücümüzə güc qatacaq. Əsas hədəflərimizdən biri hücumçu transfer etmək idi. Biz bu mövqeni Armenterosla gücləndirdik və inanırıq ki, bizim gözlədiyimiz kimi oynayacaq".

Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. O, Ağdam klubunun heyətində çıxdığı 23 oyunda 7 qola imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right