"Mançester Siti" "Şaxtyor"la razılığa gəldi

"Mançester Siti" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubu bu qış transfer etmək istədiyi "Şaxtyor"un yarımmüdafiəçisi Fredi yayda alacaq. Bununla bağlı Donetsk təmsilçisi ilə ilkin razılıq əldə olunub. Bu transfer üçün "Mançester Siti" 44 milyon 500 min funt sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Fred 2013-cü ildən "Şaxtyor"da oynayır. "Mançester Siti" oyunçunu bu qış almaq istəsə də, Ukrayna klubu bu transferə razılıq verməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right