"Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik" Kristian Karambö

Bu gün Rusiyada keçirləcək 2018-ci il Dünya Çempionatının Kuboku ölkəmizə gətirilib.

Newsport.az xəbər verir ki, Kuboku müşaiyət edən Fransa millisinin sabiq üzvü Kristian Karambö dünya kubokunun Azərbaycana gətirilməsi ilə bağlı keçirilən brifinqdə bildirib ki, "Azərbaycan paytaxtı kifayət qədər müasir şəhərdir. Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi yaxşı çıxış etdi. Növbəti mərhələdə daha yaxşı çıxış etmə şansınız var".

1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış veteran yarımmüdafiəçi Bakıda olmaqdan məmnun olduğunu bildirərək əlavə edib ki: "Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik".

Karambö Fransa yığmasının DÇ-2018-dəki şanslarını da dəyərləndirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar".

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib:

"Bu kubok ilk dəfədi Bakıya gəlir. Dünya kubokunu ancaq üç cür görmək mümkündü: ya gərək yığma komanda bu trofeyi qazansın, ya da ölkə dünya çempionatına ev sahibliyi etsin. Sonuncu isə bu kuboku dünya turu nəticəsində görməkdi”.

 

Dünya kuboku bu gün “Gənclik Mall” ticarət mərkəzində nümayiş etdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right