İspaniya kubokunda finalçıların adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, “Valensiya” doğma meydanda "Barselona" ilə qarşılaşıb və 0-2 hesabıyla məğlub olaraq, kubokla vidalaşıb. Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş, Kataloniya təmsilçisinin 1-0 hesablı qələbəsiylə başa çatmışdı.
“Barselona” finaldakı rəqibi “Sevilya”yadır. Həlledici görüş aprelin 21-də baş tutacaq.
İspaniya kuboku
Yarımfinal, cavab görüşü
“Valensiya” - “Barselona” 0:2
Qollar: Koutinyo, 49, Rakitiç, 82
İlk oyun - 0:1