Sonuncu yarımfinalçı "Qalatasaray" oldu

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib. 

“Qalatasaray” öz meydanında “Konyaspor”u qəbul edib. Konyada keçirilən ilk matçda qalib aşkarlanmamışdı. Bu dəfə isə üstün olan “Qalatasaray” adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, yarımfinalda “Cim-Bom”un rəqibi “Akhisar Genclik Spor” olacaq. Final uğrunda mübarizə aparacaq digər cütlük isə “Beşiktaş” və “Fənərbaxça”dır.


Türkiyə kuboku

1/4 final, cavab oyunları

8 fevral

“Qalatasaray” - “Konyaspor” 4:1
Qollar:
 Fofana, 14 (0:1), Aziz, 17 (1:1), Qomis, 52 (2:1); 88 (3:1), Rodrigez, 90+1 (4:1)
İlk oyun - 2:2

6 fevral

“Gənclərbirliyi” - “Beşiktaş” 0:1
Qol: 
Pektemek, 25 
İlk oyun - 1:3

7 fevral

“Kayserispor” - “Akhisar Genclik Spor” 2:2
Qollar: 
Aydoğdu, 25 (0:1), Kravets, 36 (1:1). Ataseven, 69 (1:2), Qyan, 90+2-pen (2:2)
İlk oyun - 0:1

“Fənərbaxça” - “Girəsunspor” 2:1
Qollar:
 Dialiba, 13 (0:1). Karakoç, 18 (1:1), Chahechouhe, 37 (2:1)
İlk oyun - 2:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right