İngiltərə Premyer Liqasında yeni qayda tətbiq olunacaq

Artıq, İngiltərə Premyer Liqasında da qış fasiləsi olacaq.

Newsport.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, kulub rəsmiləri arasında keçirilmiş iclasda, komandalar fasilənin olmasıyla bağlı qərar qəbul ediblər.  Yeni sistem 2019/2020-ci il mövsümündən qüvvəyə minəcək. Fasilə müddətinin isə nə qədər olacağı haqda heç bir məlumat verilməyib.

Qeyd edək ki, son zamanlar, Premyer Liqa klubları qış fasiləsinin olmamasından narazıçılıq və futbolçuların tez-tez zədələnməsindən şikayətlənirdilər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right