Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gələcək

FİFA Dünya çempionatının kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək.

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right