Türkiyə kuboku: "Fənərbaxça" "Beşiktaş"a rəqib oldu

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, “Fənərbaxça” doğma meydanda  “Girəsunspor”u qəbul edib. İlk görüşdə 2:1 hesablı qələbə qazanan "Fənərbaxça" cavab matçında da sevinən tərəf olub - 2:1. Ümumi nəticədə 4:2 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" yarımfinala adlayıb.

Qeyd edək ki, "Fənərbaxça" yarımfinalda Beşiktaş"la qarşılaşacaq. Yarımfinalın digər sahibi isə "Akhisar" olub. Son yarımfinalçı "Qalatasaray" - "Konyaspor" matçından sonra bəlli olacaq.

Türkiyə kuboku

1/4 final, cavab oyunları

6 fevral

“Fənərbaxça” - “Girəsunspor” 2:1
Qollar
: Məhəmməd Qaraqoç, 18 (1:1), Atif Şeşue, 37 - Diabanq Dialiba, 13 
İlk oyun: 2 - 1

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right