“Espanyol” azarkeşləri Şakiranı da təhqir ediblər

İspaniya Peşəkar Futbol Liqasının “Barselona”nın müdafiəçisi Jerar Pikenin “Espanyol” azarkeşləri tərəfindən təhqir olunması ilə bağlı hazırladığı hesabatın detalları məlum olub.
 

Newsport.az-ın məlumatına görə, ölkə Futbol Federasiyasına təqdim olunan hesabatda qeyd olunub ki, “Espanyol” hesabı açdıqdan sonra yerli azarkeşlər “Barselona”nın əleyhinə şüar səsləndiriblər. 

Pike isə “Barselona”nın cavab qolundan sonra fanatlara barmaqları ilə “sus” işarəsini göstərib. Təcrübəli müdafiəçinin bu hərəkəti “Espanyol” fanatlarının narazılığına səbəb olub. 

Bundan sonra 450-yə yaxın “Espanyol” fanatı futbolçu ilə yanaşı, onun xanımı, tanınmış müğənni Şakiranı da təhqir ediblər. Hətta fanatlar şüarlarında Şakiranın oğlunun atasının Pike olmadığını iddia ediblər.

Hesabatda o da qeyd olunub ki, fanatları təxribata çəkən məhz Jerar Pike olub. Onun qoldan sonrakı jesti azarkeşləri narazı salıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right