Arazsız "Anortosis" evdə məyus oldu

Kiprin I Divizionunda XXIII tura start verilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi dogma meydanda “Omonia” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uzun müddətdi zədəli olan Abdullayev bu oyunda da komandasının heyətindən kənarda qalıb.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 47 xal olan “Anortosis” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right