Emanuel Ebue rəsmən "Qalatasaray"da!

Yaşadığı sarsıntılara görə bir neçə dəfə özünü öldürməyə cəhd edən Emanuel Ebue yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, Fil Dişi Sahili milli komandasının keçmiş üzvü sabiq komandası "Qalatasaray" ilə anlaşıb. 

O, İstanbul nəhənginin aşağı yaş qrupları üzrə komandalarında çalışacaq. 

Məlumatı hazırda "Qalatasaray"ın əsas komandasında məşqçi kimi çalışacan Türkiyə millisinin küçmiş üzvü Hasan Şaş verib. O, Ebue ilə yaxından maraqlandıqlarını açıqlayıb: "Ebue ilə maraqlanırıq. Darıxmayın, cümə günü İstanbulda olacaq". 

Qeyd edək ki, Fil Dişi Sahili milli komandasının heyətində 79 oyun keçirən 34 yaşlı futbolçu uzun müddət "Arsenal" klubunun uğurları üçün çalışıb.  Ebue 2011-15-ci illərdə "Qalatasaray"da çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right