Kurtua "Real Madrid"də ?

“Çelsi”nin qapıçısı Tibo Kurtuanın karyerasını İspaniyada davam etdirəcəyi ilə bağlı məlumatlar səngimir.

Newsport.az xəbər verir ki, “Real”ın belçikalı qapıçını transfer etməkdə israrlı olduğu bildirilir. Kurtua məsələ ilə bağlı açıqlama verib:

“Mənim mütəmadi olaraq İspaniyaya getməyim “Real”la bağlıdı? Bu, daha çox ailə məsələlərindən qaynaqlanır. Mənim övladlarım belə yaşayır. Qızımla hər gün əlaqə saxlayıb söhbətləşirəm.Mənim ürəyim Madriddədi. Bilirəm ki, bir gün Madridə qayıdacam. Bu şəhəri sevirəm. Mən məhz orda böyük oldum. Oradan ayrılmaq da mənim üçün çox ağır idi”.

Qeyd edək ki, Kurtua 2014-cü ildən "Çelsi"də çıxış edir.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right