İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə İtaliya yığmasını kimin çalışdıracağı rəsmən müəyyənləşib.

Newsport.az İtaliya Futbol Federasiyasına rəsmi saytına istinadən xəbər verir ki, millinin sükanı Luici Di Byacoya tapşırılıb.

Lakin Di Byaconun komandaya müvəqqəti baş məşqçi təyin olunduğu bildirilir. Belə ki, o, İtaliya yığmasını martin 23-də keçiriləcək Argentina, eləcə də bundan 4 gün sonra baş tutacaq İngiltərə ilə yoxlama oyunlarında rəhbərlik edəcək.

Qeyd edək ki, Di Byaco 2013-cü ildən İtaliyanın U-21 yığmasını çalışdırır. Mütəxəssis, milli komandayla bərabər, paralel olaraq U-21-ləri də idarə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right