"Qarabağ" ondan hələ də əl çəkməyib

"Qarabağ"ın uzun zamandır transfer etmək istədiyi Xama Billiatın keçidinin baş tutmama səbəbi məlum olub.

Newsport.az xəbər verir ki, “Qarabağ” hələ də Zimbabve millisinin üzvündən əl çəkməyib və danışıqlar davam edir. Belə ki, ağdamlılar futbolçunun özü ilə ilkin razılıq əldə etsə də, onun klubu ilə ortaq məxrəcə gələ bilmir.

 "Mamelodi Sandauns" klubu bu keçiddən 2,5 milyon dollar gəlir əldə etmək istəyir, lakin "köhlən atlar" bu qiymətin yüksək olduğu qənayətindədirlər. 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-cü ildən CAR-ın "Mamelodi Sandauns"in şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right