Türkiyə millisinin üzvü Rusiya yolunda

 

“Fənərbaxça”nın və Türkiyə millisinin üzvü Ozan Tufan karyerasını Rusiyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 22 yaşlı futbolçunun menecerinin Rusiya klublarıyla danışıqlar apardığı qeyd edilib. Rusiyada transfer pəncərəsi fevralın 22-də bağlanacaq olması bu keçid ehtimalını bir az da artırır.

Xəbədə menecerin bu ölkənin “Zenit”, “Krasnodar” və “Spartak” klubları ilə danışıqlar apardığı vurğulanıb.

Xatırladaq ki, Ozan cari mövsümdə “Fənər”də heyətə düşməkdə çətinlik çəkir. Bir müddət öncə yarımmüdafiəçisinin İngiltərənin “Kristal Pelas” klubuna keçəcəyi deyilsə də, bu keçid son anda baş tutmayıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right