Reynaldo "Spartak"dan ayrıldı

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo klubsuz qalıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu Trnavanın "Spartak" klubunun sıralarını tərk edib. 

O, yeni təklif aldığı üçün "Spartak"dan ayrılmağa qərar verib. 

Reynaldo məsələ ilə bağlı danışarkən bunları deyib: "Klub rəhbərliyinə, menecerimizə və məşqçimizə mənə inandığı üçün təşəkkür edirəm. Başqa təklif var idi və ailəm ilə məsləhətləşdikdən onu qəbul etməyə qərar verdik. Düşünürəm ki, bu təklif məni daha da gücləndirəcək.  Gedişimə razılıq verən klub rəhbərliyinə minnətdaram. Ümid edirəm ki, "Spartak" möhtəşəm mövsüm keçirəcək". 

28 yaşlı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil.

Qeyd edək ki, Reynaldo ölkəmizdə çıxış etdiyi 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right