Bakari Sanyanın yeni klubu məlum oldu

Ötən yay "Mançester Siti"dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalan fransalı müdafiəçi Bakari Sanyanın yeni komandası məlum olub.

 

Newsport.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək. Azad agent statusu daşıyan müdafiəçi Seria A-da çıxış edən "Benevento"yla müqavilə bağlayıb. Fransa millisinin sabiq üzvü ilə 1,5 illik sözləşmə imzalanıb.

 

Qeyd edək ki, "Oser" yetirməsi olan Sanya "Arsenal" və "Mançester Siti"də də çıxış edib və Fransa millisinin heyətində 65 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right