“Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim" Tarik Elyunussi

“2017-ci il mənim üçün ziddiyətli il oldu. Əvvəl “Olimpiakos”la yaxşı bir mövsüm keçirdim, Yunanıstan çempionu olduq. Sonra “Qarabağ”a keçdim. Bu komanda ilə Çempionlar Liqasında oynamaq istəyirdim. Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonradan axmaq bir zədə aldım”.

Newsport.az xəbər verir ki, bu sözləri qış transfer pəncərəsi zamanı “Qarabağ”dan ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi bildirib.

Norveç millisinin 29 yaşlı yarımmüdafiəçisi İsveçin “Futbol kanalı”na verdiyi müsahibədə Ağdam klubunda möhkəmlənə bilməməsinin səbəbini də zədələnməsi ilə əlaqələndirib: “Bu zədəyə görə mən 2 ay yaşıl meydandan kənarda qaldım, Çempionlar Liqasının son oyunlarını buraxmalı oldum. Mən isə “Qarabağ”a məhz Çempionlar Liqasında çıxış edib təcrübə toplamaq üçün getmişdim. Sonra AİK-in mənimlə maraqlandığını eşitdim. Bu, mənim üçün maraqlı variant idi. Mənim hələ iddialarım qalır. AİK-lə 2 illik müqavilə bağladım. Əminəm ki, biz “Malmö” ilə rəqabətdə qalib gəlib İsveç çempionu olacağıq və bu zaman yenidən Avropa kubokunda oynayacağıq”.

“Sizə AİK-dən başqa da təkliflər vardımı” sualına T.Elyunussi belə cavab verib: “Başqa komandaya da gedə, “Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim. O cümlədən “Olimpiakos”a qayıtmağım mümkün idi. Amma mən pulu deyil, gələcək uğurlu karyeramı fikirləşdim”. (qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right