Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" günü bir məşqlə başa vurub.
Newsport.az xəbər verir ki, Samir Abasovun kollektivi hazırlıq prosesinin 12-ci günü, saat 11:30-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" sabah Türkiyədə son yoxlama oyununa, Serbiyanın "Mladost" klubuna qarşı çıxacaq.