"Qarabağ"ın Türkiyədə son rəqibi də məlumdur

Mövsümün ikinci hissəsi üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Qarabağ” sabah sonuncu yoxlama oyununu keçirəcək.

Newsport.az  klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki,  Ağdam təmsilçisi Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı zamanıı "Kuban"la 2:2,  "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right