Mahrez məşqlərə çıxmaqdan imtina etdi klub rəhbərliyi 200 min sterlinq cəza kəsdi

“Lester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrez məşqlərə çıxmaqdan imtina edib.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 3 gündür komanda ilə məşq etmir. Buna səbəb isə klub rəhbərliyinin “Mançhester Siti”yə “yox” deməsidir. Belə ki,  yaxın günlərdə Mançhester təmsilçisi  Mahrezi  60 milyon avro qarşılığında transfer etmək istəsə də, “Letser” bu transfer üçün  80 milyon avro tələb edir.

Məlumatda o da bildirilir ki, “Lester Siti” klubu Riyad Mahrezə məşqlərə qatılmaması səbəbiylə 200 min sterlinq cəza kəsib.

Qeyd edək ki, futbolçu bu mövsüm meydana çıxdığı 27 matçda 9 qoll vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right