Suriya millisində alman mütəxəssis

Suriya Futbol Federasiyası yeni baş məşqçiylə razılığa gəlib.

Newsport.az xəbər verir ki, qrum,almaniyalı mütəxəssis Bernd Ştanqeylə anlaşıb. Bu haqda məlumatı 69 yaşlı mütəxəssis özü, vətənində idman nəşrlərinin birinə verdiyi müsahibəsində bildirib. Təcrübəli çalışdırıcı ilə bir illik müqavilə imzalanıb və digər detallar haqda məlumat verilməyib.

 Əvvəllər İran, Oman, Belarus, Sinqapur yığmalarını da çalışdıran mütəxəssis Suriya yığmasını,2019-cü ildə BƏƏ-də keçiriləcək Asiya Kuboku Çempionatına hazırlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right