Prosineçki Şehiçi 45 dəqiqə oynatdı

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması qarşılaşıb. Görüş Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub.

Sehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right