PSJ-nin futbolçusu "Tottenhem"də

“Tottenhem” heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Lukas Moura ilə müqavilə imzalayıb. 25 yaşlı futbolçu 4,5 illik sazişə qol çəkib. Braziliya millisinin üzvü yeni klubunda 27 nömrəli formanı geyinəcək. "Tottenhem" bu keçid üçün Paris klubuna 28 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, braziliyalı vinger 2013-cü ildə "San-Paulu"dan 45 milyon avroya PSJ-yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right