Sabiq "Fənərbaxça"lı karyerasını başa vurdu

"Fənərbaxça"nın sabiq futbolçusu Dieqo Luqano karyerasını bitirdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, 37 yaşlı uruqvaylı futbolçu bu haqda mətbuata verdiyi açıqlamasında bildirib. Karyerası ərzində “Nasional”, “Fənərbaxça”, PSJ, “Malaqa”, “Vest Bromviç”, “Hakken”, “Serro Porteno” kimi komandaların şərəfini qoruyan Luqanonun sonuncu çıxış etdiyi klub, Braziliyanın “San-Paulo” komandası olub.

Qeyd edək ki, Luqano Uruqvay yığmasında 95 oyun keçirib, 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right