"Qəbələ"nin Antalyada növbəti sınağı

Antalya yoxlanışı çərçivəsində "Qəbələ" bu gün növbəti matçına çıxacaq.

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" Çexiyanın yüksək liqasında çıxış edən "Bohemians” klubu ilə qarşılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

31 yanvar

18:00. "Qəbələ" - "Bohemians" (Çexiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right