"Qəbələ"nin çexiya klubu ilə ikinci görüşü

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. 

 

Newsport.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində 5-ci qarşılaşmada rəqib Çexiya “Bohemians”ı olacaq. Bu, “qırmızı-qaralar”ın toplanışın ikinci mərhələsində 3-cü qarşılaşmasıdı. Praqa təmsilçisi ilə yanvarın 31-də baş tutacaq görüşədək “Qəbələ” Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1) və Rusiyanın “Arsenal” (3:3) klubları ilə üz-üzə gəlib. Bu, “Qəbələ”nin yoxlama oyunlarında çexiyalılarla 2-ci dueli olacaq. Komanda 2012-ci ilin yayında “Karvina” ilə (0:1) qarşılaşıb. 

 

Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right