"Neftçi" “Sileks”lə qarşı-qarşıya

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün toplanış çərçivəsində son oyununu keçirəcək.

 

Newsport.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri Makedoniyanın “Sileks” klubuyla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Xatırladaq ki, “Neftçi” Türkiyədəki toplanış çərçivəsində keçirdiyi bütün oyunlarda məğlub olub. “Ağ-qaralar” “SKA-Xabarovsk”a (Rusiya) 1:8, “Slaviya”ya (Bolqarıstan) 0:1, “Konkordiya”ya (Rumıniya) 0:1, “Krılya Sovetov”a (Rusiya) isə 0:2 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

30 yanvar

 

17:00 "Neftçi" (Azərbaycan) - "Sileks" (Makedoniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right