"Topa yenə "Kəpəz" futbolçularından çox yiyələndik" "Yagelloniya"nın baş məşqçisi

Gəncə təmsilçisi "Kəpəz" Antalyada təlim-məşq toplanışı çərçivəsində dünən Polşanın  "Yagelloniya" klubu ilə qarşılaşıb və 1-8 hesabı ilə məğlub olub. Oyundan sonra "Yegelloniya" klubunun çalışdırıcısı İreneuş Mamrot oyunu şərh edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə matçdan çox razı qaldığını söyləyən mütəxəssis bunları bildirib:  "Topa yenə "Kəpəz" futbolçularından çox yiyələnsək də, bu, ilk yarıdakı qədər deyildi. İkinci hissədə çox az epizod yarartdıq. Üstəlik, "Kəpəz" iki yaxşı imkan əldə etdi və sonuncu dəqiqədə qol vurdu. Hətta belə hesabla da buna yol verməməliyik. Lakin, bu, elə də vacib deyil. Onu da qeyd etməliyəm ki, əvvəlki iki yoxlama matçındakı yüksək əzmkarlığımız bu dəfə yox idi. Bizim üçün bir qədər asan idi, amma oyunçularımızın tapşırıqlarımızı yaxşı yerinə yetirdiklərini də vurğulamalıyıq. Qarşıda daha güclü rəqiblərlə 2 oyunumuz da var. Fikrimcə, nəyə qadir olduğumuz növbəti oyunlarda bilinəcək".

Qeyd edək ki, “Kəpəz” Aantalya toplanışı çərçivəsində iki oyun keçirib. Gəncəlilər, Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə etmiş(1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına isə qalib gəlib.– 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right