"Rəqiblər hələlik kağız üzərində oyunçu yığmaq baxımından bizdən irəlidədirlər" Samir Abbasov

Aantalyada təlim-məşq toplanışında olan "Sumqayıt" klubu Ruminiyanın "Akademiya Pandev" klubu ilə qarşılaşıb. Görüş 1-1 hesabı ilə başa çatıb.

Newsport.az xəbər verir ki, oyundan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov Aantalyaya ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, rəhbərlik etdiyi kollektiv ilk yarıda həddindən artıq ağır görsənib: "Komandam ikinci hissədə açılışdı. Fasilədə uşaqlara bu cür oyunların bizi çempionatda da gözlədiyini dedim. Uşaqların məşqçilərin göstərişi olmadan nə edəcəklərini görmək istəyirdik. Bəzən alınırdı, bəzən yox. Bəlkə də bunu mətbuata deməyim düzgün deyil: Qapalı rəqiblərə qarşı çətinlik çəkirik. Bunun üzərində işləyəcəyik. Komandanın fikizi hazırlığı ümumilikdə normaldır. Yükləməni Sumqayıtda alıb, bura oyunlara gəldik. İki gündənbir matçlarımız planlaşdırılıb. Artıq iki oyunumuz olub, ikisi isə qarşıdadır. Rusiya və Serbiya komandaları son ikisindən qat-qat güclü rəqiblərdir".

- Bu gün hücumların tamamlanmasında problem var idi...

- Amil Yunanovun ağırlığı fonunda durumu bizi qane etmir. Onu da başa düşürəm. Oyunçularımız müxtəlif yığmalara dəvət alıblar. Bu səbəbdən, hazırda heyətdə yer alanlara çox yük düşüb. Yunanov da onların içindədir. Bununla özümüzə bəraət qazandıra bilmərik. Doğrudan da hücumlarda problem yaşayırıq.

- Komandaya yeni futbolçunun cəlb olunması gözlənilmir?

- Xeyr. Oyunçu tapa bilmirik. Əfsuslar olsun ki, klublar heç kimi çıxarmırlar ki, biz götürək (gülür).

- Rəqiblərinizi izləmək imkanınız var?

- Rəqiblər hələlik kağız üzərində oyunçu yığmaq baxımından bizdən irəlidədirlər. Masa üzərində qalib gəlirlər. Amma söz harada deyilir? Meydanda. Dünən "Zirə"nin matçına baxdıq. Digər rəqiblər haqda da məlumat toplamağa çalışırıq. Faiz etibari ilə yüzə çatmasa da, çox məlumat toplamışam.

- Çempionatda 4-cü yer uğrunda əsas rəqibiniz "Neftçi" keçirdiyi bütün yoxlama oyunlarını uduzub. Klub düşərgəsində xoşagəlməz hadisələr baş verir. Bunu görüb sevinirsiniz?

- Bunlar o qədər də önəmli deyil. Bizim üçün ən qorxulusu "Keşlə" və "Kəpəz" olacaq. Çünki onlar haqda çox informasiya ala bilmirik. Kiminsə düşərgəsində mənfi hal baş verirsə, bunun bizə nə təsiri olduğunu bilmirəm. Təki onlarda neqativ hal meydançaya çıxanda olsun.
 
- Futbolçularınız Amil Yunanovla Bəxtiyar Həsənalızadənin yığmaya çağrılmaması müzakirələrə səbəb olub. Sizin mövqeyiniz necədir?

- Düz edib çağırmırlar. Vaxtı çatanda, layiq olanda gedəcəklər.
 
- Yunanovda nə çatışmır?

- Bu gün siz gördüyünüz. Çox şey çatışmır. Lakin Amil hədəflərə çatmaq üçün çalışır və bu cür davam etsə, milliyə də düşə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right