"Real Madrid"ə daha bir zərbə

Son zamanlar pis günlərini yaşayan “Real Madrid” daha bir ciddi itkiylə üzləşib.

Newsport.az  xəbər verir ki, İspaniya Kubokunun yarımfinal görüşü çərçivəsində, səfərdə “Leganes”lə qarşılaşan Madrid təmsilçisi, (0-1)  həmin oyunda ciddi itkiylə üzləşib. Belə ki, Klubun iki aparıcı oyunçuları, Serxio Ramos və İsko zədələnib.

Klubdan edilən açıqlamaya görə, İskonun vəziyyəti stabil olsa da, Ramosun bir müddət yaşıl meydanlardan kənarda qalacağı deyilir. Belə olduğu halda, hər iki oyunçu La Liqanın 21-ci turu çərçivəsində, “Valensiya” ilə səfər matçında forma geyə bilməyəcək. Əlavə olaraq bildirək ki, “Valensiya” – “Real Madrid” matçı bu gün, Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Əsas rəqibi “Barselona”dan 19 xal geridə olan “Real”  20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right