"Buna qısa zaman kəsiyində nail olacağımıza inanıram" Arsen Venger

“Arsenal”ın baş məşqçisi Arsen Venger Mesut Özilin komandadan ayrılması haqda dolaşan söhbətlərə aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, 68 yaşlı mütəxəssis jurnalistlərə verdiyi müsahibəsində, müqaviləsi mövsümün sonunda bitəcək, türk əsilli, alman futbolçunun komanda da qalacağına inandığın bildirib.

“Məqsədimiz , Özili klubda saxlamaqdır. Buna qısa zaman kəsiyində nail olacağımıza inanıram. Özilin hərəkətlərindən və oynamaq istəyindən hiss edirəm ki, o, özü də bizimlə qalmaq istəyir”.

Nəzərinizə çatdıraq ki, Mesutun adı, yaxın zamanlarda “topçular”ın hücumçusu Alexsis Sançesi heyətinə qatmış, “Mançhester Yunayted”lə birgə çəkilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right