Şevçenko Millətlər Liqasını dəyərləndirdi

Keçmiş futbolçu və Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko UEFA Millətlər Liqası haqda danışıb.

Newsport.az xəbər verir ki, qrumun rəsmi saytına müsahibə verən baş məşqçi bildirib ki, bu nisbətən zəif yığmalar üçüm çox gözəl şansdır. Qrupdakı rəqibləri Çexiya və Slovakiya haqda danışan 41 yaşlı mütəxəssis bunları deyib: 

“Millətlər Liqasının yaradılmasına görə  şadam. Bunun digər üstünlüyü də ondan ibarətdi ki, liqalardakı komandalar arasında böyük səviyyə fərqi yoxdu. Azarkeşləri maraqlı oyunlar gözləyir. Çexiya və Slovakiya yığmaları yaxşı rəqiblərdi. Qrupdakı ölkələr məsafə baxımından bir-birinə yaxın olduqlarından, azarkeşlər hər bir matça gedib, baxa biləcəklər. Həm çexiyalılar, həm də slovakiyalılar cəlbedici futbol oynayırlar”.

Qeyd edək ki, Ukrayna millisi B liqasının 1-ci qrupunda, Çexiya və Slovakiya ilə qərarlaşır.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right