"Qarabağ" ard-arda iki rəqibə qarşı

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən Ağdamın "Qarabağ" klubu bu gün iki yoxlama görüşü keçirəcək.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə, daha sonra isə, Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. 

 

Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1  hesablı heç-heçə edən "Qarabağ"  yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

 

Yoxlama oyunları

16:00 "Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) Bakı vaxtı ilə saat 16:00-da 

18:30 "Qarabağ"  (Azərbaycan) - "Mariupol" (Ukrayna)  Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right