"Lester Siti"nin futbolçusu Rusiya klubunda

"Lester Siti"nin nigeriyalı hücumçusu Ahmed Musa karyerasını Rusiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Nigeriya milli komandasının baş məşqçisi Qernot Rohr açıqlama verib. Alman mütəxəssis bildirib ki, yığmanın hücumçusu ÇSKA-ya keçəcək.

25 yaşlı futbolçu 2012-2016-cı illərdə ÇSKA-da çıxış edib və 125 oyuna 42 qol vurub. 2016-cı ildə Nigeriya millisinin üzvü 16 milyon avro qarşılığında "Lester Siti"yə transfer olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right