İspaniya klubundan Türkiyə millisinin üzvünə şok cəza

Türkiyə millisinin üzvü Emre Çolakın "Deportivo"dakı aqibəti müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ötən gün komandasının baş məşqçisi ilə mübahisə edən futbolçu cəzalandırılıb. 

Belə ki, klub rəhbərliyi yarımmüdafiəçi ağır cəza verib. Məşq zamanı baş məşqçi Kristabal Parralonun tapşırıqlarını yerinə yetirməyən futbolçu əsas komandadan uzaqlaşdırılıb. O, bu gündən "Deportivo"nun U-20 komandasında məşqlərini davam etdirəcək. 

Emre qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Çolak "Deportivo"ya 2016-cı ildə "Qalatasaray"dan transfer olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right