"Zirə"nin ilk rəqibi bəllidir

“Zirə"nin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam edir.

 

Newsport.az  xəbər verir ki, "qartallar"ın yoxlama oyunu üçün ilk rəqibi müəyyənləşib. Klubun rəsmi "Facebook" səhifəsindən edilən açıqlamaya görə, qəsəbə təmsilçiləri Rumıniyanın yüksək liqasında çıxış edən "Volentaru" ilə qarşılaşacaqlar. Görüş yanvarın 27 keçiriləcək. Başlama saatı haqda isə  məlumat verilməyib.

 

Qeyd edək ki, "Zirə" ikinci sınağına, yanvarın 30-da Rusiyanın I liqa təmsilçisi "Avanqard"a qarşı çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right