Millətlər Liqasında bütün rəqiblər bəlli oldu

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 15:00-da start götürüb.

Tədbirdə ölkəmizi  AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edib.

55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüb. 

Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək. 

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, dövlətlər arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların finalda üz-üzə gəlmələri mümkündür. 

Püşkatma Azərbaycan millisinin yer aldığı D Liqasının I səbətindən başlayıb və seçməmiz 3-cü qrupda qərarlaşıb. Mərhələ adlamaq üçün yığmamız Malta, Kosova və Farer adaları kollektivləri ilə mübarizə aparacaq. Ümumilikdə isə ilk dəfə təşkil olunacaq yarışın liqaları üzrə püşkün nəticəsini sizə təqdim edirik.

A liqası

I qrup

Almaniya

Fransa

Hollandiya

 

II qrup

Belçika

İsveçrə

İslandiya

 

III qrup

Portuqaliya

İtaliya

Polşa

 

IV qrup

İspaniya

İngiltərə

Xorvatiya

 

B liqası

I qrup

Çexiya

Ukrayna

Slovakiya

 

II qrup

Türkiyə

İsveç

Rusiya

 

III qrup

Şimali İrlandiya

Bosniya və Herseqovina

Avstriya

 

IV qrup

Danimarka 

İrlandiya

Uels 

 

C liqası

I qrup

İsrail

Albaniya

Şotlandiya

 

II qrup

Estoniya

Finlandiya

Yunanıstan

Macarıstan

 

III qrup

Kipr

Bolqarıstan

Norveç

Sloveniya

 

IV qrup

Litva

Monteneqro

Serbiya

Rumıniya

 

D liqası

I qrup

Andorra

Qazaxıstan

Latviya

Gürcüstan

 

II qrup

San Marino

Moldova

Lüksemburq

Belarus

 

III qrup

Kosovo

Malta

Farer adaları

Azərbaycan

 

IV qrup

Cəbəllütariq

Lixtenşteyn

Ermənistan

Makedoniya

 

Qeyd edək ki, oyunların keçirilmə tarixləri də bəllidir. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə keçiriləcək.

 

Qrup mərhələsi

I tur – 6-8 sentyabr 2018

II tur – 9-11 sentyabr 2018

III tur – 11-13 oktyabr 2018

IV tur – 14-16 oktyabr 2018

V tur – 15-17 noyabr 2018

VI tur – 18-20 noyabr 2018

Final mərhələsinin püşkü – dekabr 2018

Final mərhələsi – 5-9 iyun 2019

Pley-offun püşkü – 22 noyabr 2019

Pley-off – 26-31 mart 2020

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right