"Atletiko"nun futbolçusu "Siti"yə hə dedi

"Atletik Bilbao"nun yarımmüdafiəçisi Emerik Laport komandadan ayrılmaq istədiyini bildirib.

Newsport.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Belə ki, 23 yaşlı futbolçunun xidmətində İngiltərənin "Mançhester Siti" klubu maraqlıdır. "Şəhərlilər"in bu keçidə görə "Atletiko"ya 66 milyon avro ödəməyə hazır olduğu deyilir. Hazırki klubu ilə 2020-ci ilə qədər sözləşməsi olan Laport özü də ingiltərəyə getməkdə maraqlıdır və bu haqda klub rəhbərliyini məlumatlandırıb.

Qeyd edək ki, 2012-ci ildən "Atletik Bilbao"nun şərəfini qoruyan Emerik, eyni zamanda Fransa U-21 millisinini üzvüdür.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right