"Onun mənə yeni müqavilə təklif etmək istəmədiyini hiss etdim" Dino Ndlovu

"Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu keçidi haqda danışıb.

 

Newsport.az xəbər verir ki, cənubi afrikalı forvard ən doğru qərarlarında birini verdiyini deyib:

 

“Hançjou Qrintaun”un özüm və ailəm üçün ən doğru qərarlardan biridir. Çində hər şey yaxşıdır, şikayətim yoxdur. Hündürlüyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Hədəflərim heç vaxt dəyişməyib. Sadəcə, "Qarabağ"da etdiyimdən də ən yaxşısını etməyə çalışacam. Çoxlu qol vurmaqla komandamın Super Liqaya vəsiqə qazanmasına kömək etmək istəyirəm".

 

27 yaşlı hücumçu “Qarabağ”ı tərk etməsindən danışıb:

 

"Qarabağ"dan ayrılmaq istəmirdim. Ancaq müqaviləmin müddəti başa çatırdı. Hər şeyi nəzərdən keçirdim. Baş məşqçimizlə müqavilə barədə danışdım. Onun mənə yeni müqavilə təklif etmək istəmədiyini hiss etdim, çünki çox oyunçularla yeni müqavilə imzalanmışdı. Özümlə və ailəmlə bağlı realist olmalıydım. Gələcəyimi təminat altına almaq istəyirdim. Çünki bir daha gənc olmayacam, yaş artır. Bu fürsəti dəyərləndirib Çinə getməyə qərar verdim”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right