Türkiyə millisinin üzvü məşqçisi ilə mübahisə etdi, qovuldu

İspaniyanın "Deportivo" klubunda çıxış edən Türkiyə millisinin üzvü Əmrə Çolakın işləri qaydasında getmir. 

Newsport.az xəbər verir ki, La Koruniya klubuna transer olunduğu ilk ildə özünü yaxşı tərəfdən göstərən yarımmüdafiəçi son zamanlar "kölgə"yə çəkilib. Nadir hallarda forma şansı qazanan futbolçunun hazırlıq durumu məşqçilər korpusunu qəbul etmir.

Bu azmış kimi, Əmrə bu gün komandanın baş məşqçisi Kristbal Parralo ilə mübahisə edib. Məşq zamanı çalışmaları yerinə yetirməyən türkiyəli futbolçu ispan məşqçini qəzəbləndirib. Mütəxəssis 27 yaşlı oyunçunu məşqdən qovub.

Qeyd edək ki, Çolak "Deportivo"ya 2016-cı ildə "Qalatasaray"dan transfer olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right