"Real"ın sabiq futbolçusu rəsmən PSJ-də

Fransanın PSJ klubu qış transfer dönəmində heyətini gücləndirib.

Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi Lassana Diarra Paris klubu ilə anlaşıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolçu bu gün PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvü yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Lassana Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi nəhəng klubların formasını geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right